Əli ağa Şıxlınskinin hazırladığı hərbi lüğətin adı: Ruscadan Türkcəyə qısa döyüş sözlüyü

Əli ağa Şıxlınski 19-20-ci əsrdə yaşamış Azərbaycanlı həbriçidir. Rusiya imperiyası, Azərbaycan Cumhuriyyəti və SSRİ-də hərbi vəzifələrdə olmuşdur. O, rus dilində olan hərbi terminləri bizim dilimizə çevirmək üçün lüğət hazırlamış və həmin lüğət 1926-cı ildə Bakıda nəşr edilmişdir. Şıxlınskinin hazırladığı lüğəti necə adlandırması o dövrdə dilimizin necə adlandığını, necə tanındığını göstərməsi baxımından əhəmiyyətlidir.

Oxumağa davam et

əhali Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın

sovet ensiklopediyası: “Keşişkənd qəsəbəsinin adı 1935-ci ildə dəyişdirilərək Mikoyan, 1936-cı ildə isə Yeğeqnadzor edilmişdir.” | советская энциклопедия: “название деревни Кешишкенд изменили в 1935 году на Микоян, а в 1936 году изменили на Йегегнадзор.”

Kommunistlərin dəstəyi ilə ermənilər tərəfindən adı dəyişdirilmiş yaşayış məntəqələrindən birisi də Keşişkənd qəsəbəsidir. Keşişkənd qəsəbəsinin adı SSRİ dövründə dəyişdirilərək Yeğeqnadzor (am: Եղեգնաձոր, ru: Ехегнадзор) edilmişdir. Qəsəbənin yerləşdiyi yeri xəritədə görmək istəyənlər üçün Google map-dan şəkil əlavə edirəm:

Oxumağa davam et

ərazi Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın

ibni Haqvəl: “Kür və Araz çayları, Xilat və Kəbuzan gölləri və Qafqaz dağları Azərbaycanda yerləşir.”

Tarixi Azərbaycan ölkəsinin sərhədlərinin haraları əhatə etməsi haqqında 10-cu əsrdə yaşamış ərəb tarixçisi ibni Haqvəlin qeydləri önəmlidir. O, “Suratul Ard” adlı kitabının müqəddiməsində Azərbaycan haqqında deyir:

Oxumağa davam et

ərazi Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın

R. Q. Klavixo: “Təbriz ətrafı kəndlərin əhalisi türkmənlərdir.”

Ruy Qonzalez de Klavixo 14-15-ci əsrlərdə yaşamış Kastilyalı (ispan) elçidir. Əmir Teymurun dövründə elçi olaraq onun ölkəsinə gəlmiş, səfəri zamanı Azərbaycanın bəzi şəhərlərində olmuşdur. Elçilik hekayəsini yazdığı kitabında həmin şəhərlər haqqında dəyərli məlumatlar vermişdir.

Oxumağa davam et

əhali Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın

Seyyid Əzim Şirvani nəzərində dilimiz və milliyətimiz.

Milliyətimizin və dilimizin həqiqi adı haqqında gətirəcəyimiz dəlillərdən birisi də 19-cu əsrdə yaşamış Şirvanlı şair Seyyid Əzim Şirvaninin şeirləridir. Seyyid bir çox şeirində dil və milliyət məsələssinə toxunmuşdur. Həmin şeirlərində dilimiz haqqında danışarkən azərbaycan/azəri dili deyil türk dili demişdir.

Oxumağa davam et

əhali Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın

V. L. Leqkobıtov: “1829-cu ildə Ərzurum, Qars və Kürdüstandan 3148 erməni ailəsi Pəmbək-Şuragel sahəsinə köçürülmüşdür.” | В. Л. Легкобытов: “В 1829 году, переселили из Эрзурум, Гарса и Курдистана 3148 армянских семей в Памбак-Шурагел.”

Rusiya işğalından sonra başladılan erməni köçünün hədəflərindən birisi də Pəmbək-Şuragel sahəsi olmuşdur. Keçən yazımızda (bax: Qafqaz Gündəliyi: “Gümrü şəhərinə Qars və Ərzurumdan 11,280 nəfər erməni köçürülmüşdür.”) bu sahəyə daxil olan Gümrü şəhərinə köçürülən ermənilər haqqında məlumat vermişdik. Bu yazıda isə ümumi olaraq Pəmbək-Şuragel sahəsinə köçürülənlər haqqında məlumat verəcəyik.

Oxumağa davam et

ərazi Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın

1936-cı ilə qədərki SSRİ istehsalı filmlərdə milliyətimiz və dilimiz

1936-cı ildə siyasi səbəblərə görə SSRİ rəhbərliyi tərəfindən qəbul edilən qərarla milliyətimizin adı türkdən azərbaycanlıya, dilimiz isə türk dilindən azərbaycan dilinə dəyişdirildi. Lakin təəssüf ki, bu siyasi qərarın hələ də davam etdirilməsi nəticəsində Azərbaycan türklərinin əksəriyyəti bu həqiqəti bilmir və tarix boyu milliyətimizin azərbaycanlı, dilimizin isə azərbaycan dili adlandığını zənn edirlər. Bu düşüncədə olanlar üçün 1936-cı ilə qədər milliyətimizin və dilimizin necə adlandığını göstərən SSRİ istehsalı filmlərindən ibarət bir video hazırladıq. Ümid edirik ki, faydalı olar.

əhali, video paylaşımlar Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın