ibni Əsir əl-Cəzri: “Dvin Azərbaycan şəhəridir.” | Ибн аль-Асир: “Двин город Азербайджана”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN AĞAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK AİLƏSİNƏ

keçən yazılarımızın birində Dvin şəhərinin Azərbaycan şəhəri olması haqqında 13-cü əsr ərəb tarixçilərindən Əbu Şamə əl-Maqdisinin sözlərini paylaşmışdıq. inşaAllah bu yazımızda Dvin şəhərinin Azərbaycan torpağı olduğuna dair bir başqa ərəb tarixçisinin sözlərini göstərəcəyik. bu tarixçi 12-13-cü əsrlərdə (1160-1234-cü illər) yaşamış ibni Əsir əl-Cəziridir.

ibni Əsir gürcülərin 1162-ci ildə Dvin şəhərinə hücumlarından danışarkən deyir:

dvin-ibni esir1-1dvin-ibni esir1-2dvin-ibni esir1-3

şəkildə gördüyünüz ərəb tarixcisi ibni Əsir əl-Cəzirinin “əl-Kamil fit Tarix” adlı kitabıdır, işarələdiyim yerdə deyilir:

اجتمعت الكرج في خلق كثير يبلغون ثلاثين ألف مقاتل، ودخلوا بلاد الإسلام، وقصدوا مدينة دوين من أذربيجان، فملكوها ونهبوها، وقتلوا من أهلها وسوادها نحو عشرة آلاف قتيل، وأخذوا النساء سبايا، وأسروا كثيراً، وأعروا النساء وقادوهم حفاة عراة، وأحرقوا الجوامع والمساجد؛ فلما وصلوا إلى بلادهم أنكر نساء الكرج مافعلوا بنساء المسلمين، وقلن لهم قد أحوجتم المسلمين أن يفعلوا بنا مثل ما فعلتم بنسائهم؛ وكسونهن، ولما بلغ الخبر إلى شمس الدين إيلدكز، صاحب أذربيجان والجبل وأصفهان، جمع عساكره وحشدها، وانضاف إليه شاه أرمن بن سكمان القطبي، صاحب خلاط، وابن آقسنقر، صاحب مراغة وغيرها، فاجتمعوا في عسكر كثير يزيدون على خمسين ألف مقاتل، وساروا إلى بلاد الكرج
Gürcülər bu il (hicri 557) şaban ayında sayısı 30 minə çatan böyük bir ordu topladılar və İslam ölkələrinə hücum etdilər. Azərbaycanın Dvin şəhərinə hücum etdilər, şəhəri zəbt edərək yağmaladılar. Dvin və kəndlərində 10 min adamı öldürdülər. Qadınları və bir çox şəxsi öldürdülər. Qadınları soyundurub çılpaq və yalın ayaq vəziyyətdə apardılar, məscid və camiləri yandırdılar. Gürcülər öz ölkələrinə getdikdə gürcü qadınları müsəlman qadınlara edilənlərə etiraz etdilər, “müs­ləmanları sizin onların qadınlarına etdiyiniz şeylərin eynisini bizə etməyə məcbur etdiniz.” dedilər və müsləman qadınları geyindirdilər. Azərbaycan, əl-Cibal və İsfahan hakimi olan Eldəniz bunu eşidən kimi ordu topladı, Əxlat hakimi ibni Sökmən və Marağa hakimi ibni Ağsunqur da Eldənizlə birləşdilər. beləcə 50 mindən artıq mücahiddən ibarət bir ordu toplandı. Doğruca Gürcü torpaqlarında hücum etdilər.

ibni Əsir əl-Cəziri, “əl-Kamil fit Tarix”, 9/45-458, hicri 557-ci ilin hadisələri

həmçinin ibni Əsir yenə eyni kitabda gürcülərin 1199-cu ildə Dvin şəhərinə hücumları haqqında məlumat verərkən deyir:

dvin-ibni esirdvin-ibni esir1

şəkildə gördüyünüz ərəb tarixcisi ibni Əsir əl-Cəzirinin “əl-Kamil fit Tarix” adlı kitabıdır, işarələdiyim yerdə deyilir:

في هذه السنة استولى الكرج على مدينة دوين ، من أذربيجان ، ونهبوها ، واستباحوها ، وأكثروا القتل في أهلها ، وكانت هي وجميع بلاد أذربيجان للأمير أبي بكر بن البهلوان
bu il (hicri 595) gürcülər Azərbaycanın Dvin şəhərini istila etdilər. Şəhəri yağmalayaraq xalqın malını və canını mübah saydılar. Xalqdan bir çoxunu öldürdülər. Dvin və Azərbaycanın tamamı əmir Əbu Bəkir b. Pəhləvana tabe idi.

ibni Əsir əl-Cəziri, “əl-Kamil fit Tarix”, 10/283, 595-ci ilin hadisələri

burada ibni Əsir əl-Cəziridən və daha öncə Əbu Şamə əl-Maqdisidən gətirdiyimiz sitatlar Dvin şəhərinin Azərbaycan ərazisi olmağının 12-13-cü əsrlərdə məşhur və bilinən bir şey olduğunu göstərməkdədir.

Advertisements
Bu yazı ərazi kateqoriyasında dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma