böyük sovet ensiklopediyası: “Dəvəli qəsəbəsinin adı dəyişdirilərək Ararat edilmişdir.” | Большая советская энциклопедия: “В 1935-ом году название поселка Давалу был переименован в Арарат.”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

hazırda Ermənistan adlandırılan İrəvan vilayəti ərazisində adı erməniləşdirilmiş yaşayış məntəqələrimizdən birisi də Dəvəli şəhər tipli qəsəbəsidir. Dəvəli Ermənistan SSR-nin Vedi rayonunda yerləşən şəhər tipli qəsəbə idi. sonradan ermənilər Dəvəli qəsəbəsinin adını dəyişdirərək Ararat etmiş və daha sonra isə Vedi rayonun adını da Dəvəli qəsəbəsinə verdikləri adla yəni Ararat şəklində adlandırmışdırlar. qəsəbənin yerləşdiyi yeri xəritədə görmək istəyənlər üçün Google map-dan şəkil əlavə edirəm:

develi harita

hazırda Ararat adlandırılan bu şəhər tipli qəsəbənin (hazırda şəhərdir) adı əvvəlcə Dəvəli olmuşdur. ki, bunu da SSRİ dövlət sənədləri də daxil olmaqla bir çox sənəd isbat edir. belə sənədlərdən birisi Sovet hakimiyyəti illərində rus dilində çap edilmiş “Böyük Sovet Ensiklopediyası”dır.

develideveli1

şəkildə gördüyünüz Sovet hakimiyyəti dövründə çap edilmiş “Böyük Sovet Ensiklopediyası”dır, bu səhifədə hazırda Ararat adlandırılan şəhər haqqında məlumat verilərək deyilir:

АРАРАТ (б. Давалу) – поселок городского типа в Вединском районе Армянской ССР. Железнодорожная станция. Возник в годы первой сталинской пятилетки. Имеются богатые запасы травертина, который используется на месте в производстве портланд-цемента и извести и вывозится для нужд химических заводов Еревана и Кировакана. Здес же – мощный горйачий радио-активный минеральный источник типа Цхалтубо (см.), которым с деревних времен пользуется местное население.
ARARAT (böyük Dəvəli) – Ermənistan SSR-də, Vedi rayonunda şəhər tipli qəsəbə. Dəmiryol stansiyası.

Böyük Sovet Ensiklopediyası, 2/613

Dəvəli qəsəbəsi haqqında sovet ensiklopediyasının verdiyi məlumatların xülasəsi:

  1. bu qəsəbənin adı Dəvəli olmuş və sonradan dəyişdirilərək Ararat edilmişdir.
  2. ensiklopediyanın çap edildiyi ildə artıq qəsəbənin adı dəyişdirilib Ararat edilsə belə hələ rayonun adı Vedi idi.
  3. bu 2 məsələ Rusiya SFSR, Azərbaycan SSR və Ermənistan SSR də daxil olmaqla SSRİ-yə daxil olan bütün ölkələrin qəbul etdiyi rəsmi məlumatdır.
Advertisements
Bu yazı ərazi kateqoriyasında dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma