sovet ensiklopediyası: “Calaloğlu şəhərinin adı 1924-cü ildə dəyişdirilərək Stepanavan edilmişdir” | советская энциклопедия: “В 1924-ом году название города Джалал-Оглы был переименован в Степанаван.”

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

məlum olduğu kimi hazırda dünyada Ermənistan adı ilə tanınan ərazi qədim Azərbaycan torpağıdır. lakin Rusiyanın 1828-ci il Türkmənçay müqaviləsi ilə İrəvan xanlığını işğal etməsindən sonra buraya kütləvi şəkildə ermənilər köçürülməyə başlamış və əhalinin tərkibi dəyişməyə başlamışdır. SSRİ dövründən başlayaraq isə ərazidə olan toponim və hidronimlər erməniləşdirilməyə başlamışdır. erməniləşdirilmiş toponimlərdən birisi Cəlaloğlu şərəh/rayonudur. Sovet hakimiyyəti illərində şəhərin adı dəyişdirilərək Stepanavan (ermənicə: Ստեփանավան, rusca: Степанаван, ingiliscə: Stepanavan) edilmişdir. şəhərin yerləşdiyi yeri xəritədə görmək istəyənlər üçün Google map-dan şəkil əlavə edirəm:

calaloglu-xerite

şəhərin adının Cəlaloğlu olduğunu və sonradan erməniləşdirilərək Stepanavan edildiyini təsdiq edən bir çox mənbə var. belə mənbələrdən birisi Sovet ensiklopediyasıdır.

xankendixankendi1

şəkildə gördüyünüz Sovet hakimiyyəti dövründə çap edilmiş “Azərbaycan Sovet Ensiklopediyası”dır, bu səhifədə hazırda Ermənistanın tərkibində olan Stepanavan rayonu haqqında məlumat verilərək deyilir:

СТЕПАНАВАН (1924 иләдәк Ҹалалоғлу) – Ерм. ССР дә шәһәр, Степанаван р-нун мәркәзи. Дзораҝет чајынын саһилиндәдир. Јүксәк тезликли аваданлыг, пивә, јағ-пендир заводлары, ҹораб, халча, тикиш, мебел ф-кләри; зообајтарлыг совхоз-техникуму, халг театры, С. Шаумјанын ев-музеји вар. Степан Шаумјанын шәрәфинә адландырылмышдыр.
STEPANAVAN (1924-cü ilədək Calaloğlu) – Ermənistan SSR-da şəhər, Stepanavan rayonun mərkəzi. Dzoraget çayının sahilindədir. Yüksək tezlikli avadanlıq, pivə, yağ-pendir zavodları, corab, xalça, tikiş, mebel fabrikləri; zoobaytarlıq sovxoz texnikumu, xalq teatrı, S. Şaumyanın ev-muzeyi var. Stepan Şaumyanın şərəfinə adlandırılmışdır.

Azərbaycan Sovet Ensiklopediyası, 9/34

həmçinin, Sovet hakimiyyəti dövründə Rusiyada çap edilmiş “Böyük Sovet Ensiklopediyası” da bu məsələni təsdiq etmişdir:

calaloglu-bsecalaloglu-bse1

şəkildə gördüyünüz Sovet hakimiyyəti dövründə çap edilmiş “Böyük Sovet Ensiklopediyası”dır, bu səhifədə hazırda Stepanavan adlandırılan şəhər haqqında məlumat verilərək deyilir:

СТЕПАНАВАН (до 1924 – Джалал-Оглы) – город, центр Степанаванского района Армянской ССР. Переименовал в честь Степана Шаумяна (см.).
STEPANAVAN (1924-cü ilədək Calaloğlu) – Ermənistan SSR-da şəhər, Stepanavan rayonun mərkəzi. Stepan Şaumyanın şərəfinə adlandırılmışdır.

Böyük Sovet Ensiklopediyası, 40/604

Calaloğlu şəhəri haqqında Sovet Ensiklopeiyasının verdiyi məlumatların xülasəsi:

  1. bu ərazi 1924-cü ilə yəni Sovet hakimiyyətinə qədər Calaloğlu adlanmışdır.
  2. bu məsələ Rusiya SFSR və Ermənistan SSR də daxil olmaqla SSRİ-yə daxil olan bütün ölkələrin qəbul etdiyi bir şeydir.
Advertisements
Bu yazı ərazi kateqoriyasında dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma